AXCP sədri Əli Kərimli Facebook səhifəsində İlham Əliyevin Vyanada götürdüyü öhdəliklərdən yazıb. Yazını təqdim edirik:
“Heyf, çox heyf. Xalqımızın 100 nəfərdən artıq şəhid verməsinin, ordumuzun yüksək döyüş əzminin, insanlarımızın qələbəyə ümidlənməsinin nəticəsi İlham Əliyevin atəşkəsi daha heç vaxt pozmayacağımızla bağlı öhdəlik götürməsilə bitməli deyildi. İndiki cəbhə xətti Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədlərindən keçmir, hətta ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərindən də keçmir. Cəbhə xətti artıq Tərtərdən, Goranboydan keçir və biz “evimizin içində” oturan düşmənlə atəşkəsi heç vaxt pozmayacağımıza beynəlxalq ictimaiyyət qarşısında təminat veririk. Bu işlərin sonu Tərtərdə, Goranboyda kameraların quraşdırılması və cəbhə xəttini keçməyəcəyimizlə bağlı öhdəliklə bitəcəkdisə, xalqı aldatmaqda, “lazım şousu” ilə boş yerə ümidləndirməkdə məqsədiniz nə idi?”