Oktyabrın 24-də Rusiya Federasiyası və Azərbaycanın Xarici İşlər nazirliklərinin rəhbərləri arasında telefon danışığı olub. Sergey Lavrov və Ceyhun Bayramov “ikitərəfli münasibətlərin aktual məsələlərini” müzakirə ediblər.
Oktyabrın 23-də Tehranda keçirilən “3+3” Məşvərətçi Regional Platformasının iclasının nəticələri yüksək qiymətləndirilib.
“Bu formatı təbliğ etmək üçün daha da ritmik işlərin davam etdirilməsi razılaşdırılıb.
2020-2022-ci illərdəki yüksək səviyyədə üçtərəfli sazişlər əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib”, – Rusiya Xarici İşlər Nazirliyinin çərşənbə axşamı axşam yaydığı məlumatda deyilir.
Turan.az