Latın Amerikası Parlamenti Parlatino, 1915 hadisələrini “soyqırım” olaraq tanıyan qanun layihəsini qəbul etdi.
Parlatino 31 İyulda Panamada edilən adi konfransında, Ekvatorlu nümayəndələrin təqdim etdiyi “Erməni Soyqırımını” tanıyan qanun layihəsini yekdilliklə qəbul etdi.
Argentina, Braziliya, Boliviya, Çili, Kolumbiya, Kuba, Dominikan Respublikası, Ekvador, Meksika, Peru, Uruqvay və Venesuela da aralarında olduğu Cənubi və Mərkəzi Amerika ölkələri ilə Karib ölkələrinin üzvü olduğu Avropa Parlamenti, 1915 hadisələrini “insanlığa qarşı işlənmiş bir cinayət “şəklində xarakterizə etdi.
Argentinalı xəbər saytı “Prensa Armenia”, layihənin təsdiqində Parlatino Başçısı Meksikalı senator Blanca Alcala, Argentinalı senator Liliana Fellnerr, Uruguaylı millət vəkili Alfredo Asti və Boliviya Parlamenti millət vəkili Edgar Mejia Aguiların əhəmiyyətli bir rol oynadıqlarını yazdı.
Mətləb BALAKİŞİYEV