Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının sədri Kris Smit Azərbaycanda 14 siyasi məhbusun azad edilməsinə münasibət bildirib. Bəyanatda ABŞ konqresmeni bildirir ki, “ədalətsiz şəkildə həbsdə saxlanan bu insanların tez bir zamanda ailələrinə qovuşacağı” onu məmnun edir.
“Lakin məni hələ də siyasi motivlərlə həbsdə saxlanılan digər insanların taleyi narahat edir. Seçkilərin Monitorinqi Qrupunun sədri Anar Məmmədli azad edilib. Baxmayaraq ki, o, həbs edilməməli idi. Hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist Xədicə İsmayılova, REAL Hərəkatının lideri İlqar Məmmədov da tez bir zamanda azadlığa buraxılmalıdır. Mən ehtiramla prezident Əliyevə müraciət edib, qalan bütün siyasi məhbusların azad edilməsini xahiş edirəm,” deyə Smit müraciətində bildirib.Konqresmen habelə prezident Əliyevi “insan haqlarını pozan çox sayda qeyri-demokratik qanunları və qaydaları” ləğv etməyə çağırıb. (amerikaninsesi.org)