Kral üçün çimərliyin bir hissəsi xalqa bağlanıldı.
Səudiyyə Ərəbistanı Kralı Salman, mahiyyətindəki min adam ilə birlikdə Fransa Rivierasındaki tətilə gəlib. Kral və yaxın ailəsi lüks villada qalarkən 700-dən çox adamdan ibarət olan Kral üzvləri isə bölgədəki lüks otellərdə qalacaqlar. Kral və mahiyətindəkilər üçün Vallaurisdəki “La Mirandole” çimərliyin bir hissəsi xalqa bağlanıldı. Kralın yay iqamətgahı ilə çimərlik arasına kiçik bir finüklyor inşa edildi. Bu tənzimləmə Kralın ‘qonşularını’ qəzəbləndirdi. Xalqa aid bir sahilin bağlanılmasının Konstitutsiyaya zidd olduğunu bildirən bölgə xalqı qərarın ləğv edilməsi üçün 100 min imza toplayıb. Dünən “La Mirandola” çimərliyində yüzlərlə adamın qatıldığı bir etiraz aksiyası keçirildi. Kral Salmanın istirahəti 1 ay davam edəcək.
Mətləb BALAKİŞİYEV