21-ci əsr, Yexlax polisi və “obezyanka”
Ölkədə vətəndasların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir Ancaq təəssüflər olsun ki, Azərbaycan dövlətçiliyində məmur özbaşınalıqlarına vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarına tez-tez rast gəlmək olar. Bölgələrdə isə məmur özbasinaliği ifrat dərəcədədir. Azərbaycanın mərkəzində mühüm kommunikasiya yollarının kəsişməsində yerləşən Yevlax şəhərində məmur özbaşinalıqları tügyan edir. Bu şəhərdə baş alıb gedən məmur özbaşınalıqları barədə bəzi mətbu orqanlar da məlumat verib. Şəhər polis söbəsinin səlahiyyətlilərinin vəzifələrindən sui istifadə etmələri insanları çox narazı salıb. Başda şəhər polis rəisi Natiq Məşədiyev olmaqla idarənin vəzifəli şəxsləri yüksək gəlir əldə etmək naminə insan haqlarını kobud surətdə pozurlar. Adının məxfiliyinin qorunmasını istəyən şəxslər mənimlə söhbətində polislərin bir çox insanları müxtəlif yollarla şərləndiklərini və pullarının əllərindən alındığını söyləyirlər. Yevlax Şəhər DYP bölməsinin rəisi Cavanşir Vəliyevin adi xüsusi ilə hallanır. DYP əməkdaşları digər rayon nömrəli avtomobilləri bilərəkdən saxlayir, onları provokasiyaya çəkir və polis bölməsinə aparırlar. Min bir bəhanə ilə öz hüquqlarını bilməyən insanları hədə qorxu gəlməklə pullarını aldıqdan sonra sərbəst buraxırlar.
Yol polisi əməkdaşları tərəfindən saxlanilmiş hər hansı sürücü ciddi qanun pozuntusuna yol verməyibsə 20, 30 manat rüsvət verməklə canını onlardan qurtara da bilər. 2012-ci ilin aprel ayında yol hərəkəti haqqında qanuna edilmiş dəyişikliklərə görə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə cərimənin məbləgi 15 manatdan 40 manata qaldırılıb. Yevlax şəhərində kəmərsiz nəqliyyat vasitəsi sürən sürücülər ən azi 20 AZN rüşvət verməklə qurtula bilərlər. Bu ancaq həmişə belə olmur. Çox hallarda yuxarıda qeyd etdiyim kimi yol polisi əməkdaşları bilərəkdən kənardan, yəni Yevlax rayon ərazisindən keçən avtomobilləri saxlayaraq heç bir pozuntusu olmadığı halda belə protokol yazmaq əvəzinə vətəndaşları provokasiyaya çəkirlər. Vətəndaşlarla qeyri etik formada rəftar edən yol polisi əməkdaşlarınin bir çoxu o həddə çatdirirlar ki, nəqliyyat vasitəsi sahibi polis əməkdasina və onun qanunsuz tələbinə tabə olmaq istəmir. Son nəticədə polis sürücü münasibətləri təhqir formasına keçir və sonuncu polis idarəsinə aparılır. Orada isə vətəndaşın taleyini bildikləri kimi həll edirlər.
Bundan basqa şəhər polis şöbəsinin rəisi N. Məşədiyəvin fahişəxanaları öz himayəsində saxladıgı da bildirilir. Belə ki bir sıra kafe və restoranlarda fəaliyyət göstərən fahişəxana sahibləri rəisin haqqını verməklə öz işləri ilə məşğul olmaqda davam edirlər. Bu barədə hətta youtube portalında da videolar yayılıb.
Yaşadığımız 21-ci əsrdə Yevlax RPŞ-də daha dəhşətli bir fakt ondan ibarətdir ki, şöbədə gizli, qanunsuz həbs kamerası fəaliyyət göstərir. Bu barədə bizə müraciət edən vətəndaşlar bildirirlər ki, polis söbəsinin inzibati binasının arxasında uzun illərdir istifadəsiz qalan istilik qazanxana binasında beton döşəmə üzərində oturmağa və yatmağa heç bir yeri olmadan 8-10 nəfər sutkalarla ayaq üstə saxlanılır. Həmin yerə aparılan insanlara hər cür fiziki və psixiloji təzyiq göstərilir, işgəncələr verilir.
Vətəndaşlardan biri bu vəziyyəti belə izah edir: “Burada qanunsuz saxlanmanın müddəti qeyri-müəyyəndir, yəni oraya salınmış vətəndaşdan tələb olunanlarla razilaşdığı günə qədərdir. Polis söbəsində “obezyanka” adlanan bu qanunsuz obyektə də nəzarəti xidmət üzrə rəis müavini, polkovnik-leytinant Natiq Həsənov həyata keçirir”.
Bu məlumatı aldıqdan sonra İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova əlaqə saxlayıb bir nəçə dəfə bu barədə məlumat versəm də, o işinin çoxluğu səbəbindən məsələ barədə hansısa araşdırma apara bilməyəcəyini dedi.
Bütün bunlar vətəndaşların etdiyi şikayətlərin hamısı deyil. Bundan əlavə vətəndaşlar iddia edir ki, Yevlax RPŞ-nin rəhbər vəzifəli şəxsləri Polis Haqqında qanunun və Korrupsiyaya Qarsi Mübarizə Haqqında qanunun tələblərini kobud surətdə pozaraq başqa şəxslərin adına sənədləşdirməklə böyük biznes fəaliyyəti ilə məşğuldurlar. Adının çəkilməsini istəməyən Yexlax şəhər sakini deyir: “Hazırda söbənin rəisi Natiq müəllim balıqçIlıq kompleksinin tikintisi işlərini görür. Onun müavini N.Həsənov fermer təsərrüfatının yaradılması ilə məşğuldur. Yevlax RPŞ-nin DYP bölməsinin rəisi Cavanşir Vəliyev isə bir neçə ildir ki, Yevlax rayonu Balçılı kənd bələdiyyəsinin ərazisində fermer təsərrüfatı yaradib”.
Göründüyü kimi, Yevlax rayonunda xalqın keşiyində dayanmalı olan polis əməkdaşları Azərbaycan qanunvericiliyinə, Konstitusiyasına zidd əməllərlə məşğuldur. Dövlət rəhbəri isə bütün bunlara göz yumur. Bax belə cəbablar!
Raqif Məlikov 20.02.2013