”Konstitusiyaya görə də nəzarət funksiyasını ölkə başçısı həyata keçirmir”

Son vaxtlar ölkə başçısının məmurlara yönəlik tənqid və təhdidlərinin sayı artmaqdadır. Lakin bəzi siyasilər hesab edir ki, məmur özbaşınalığı və harınlığına görə məsuliyyətin bir hissəsi də məhz ölkə başçısının üzərinə düşür. Çünki həmin şəxsləri bu postlara məhz ölkə başçısı təyin edib.

Maraqlıdır, doğrudanmı bu məsələdə prezidentin də məsuliyyət payı mövcuddur?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, ölkə başçısının bu məsələdə heç bir məsuliyyət payı yoxdur;images (17)

”Bu məsələdə ölkə başçısının hər hansı məsuliyyəti yoxdur. Ölkə başçısı hansısa məmuru müəyyən bir vəzifəyə təyin edir. Həmin məmurun fəaliyyətinə nəzarət edən, etməli olan əlaqədar qurumlar var. Prokurorluq, məhkəmə, DTX və s. kimi qurumlar mövcuddur. Məmurların fəaliyyətinə nəzarət də bu qurumlar tərəfindən həyata keçirilməlidir. Konstitusiyaya görə də nəzarət funksiyasını ölkə başçısı həyata keçirmir. Prezident sadəcə olaraq kadrları yerləşdirir. Kadrların fəaliyyətinə isə nəzarəti digər orqanlar həyata keçirir. Bu qurumlar lazımi şəkildə nəzarət həyata keçirmədiyi üçün ölkə başçısı məcbur olub bu nəzarəti özü həyata keçirməyə başlayır. Bu isə əslində hakimiyyətin ayrılması prinsipinə ziddir. Prezident nə üçün nəzarət funksiyasını həyata keçirməlidir? Əlaqədar qurumlar öz işini lazımınca görsə, buna ehtiyac qalmaz