Komitə nümayəndələri monitorinq zamanı H.Məmmədov və A.Yunusun səhhəti ilə maraqlanıblar.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov muavini Elçin Şirinov və qrup rəhbəri Fərhad Həsənovla birgə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanası və müvəqqəti saxlama yerlərində həyata keçirdikləri monitorinq zamanı Hacı Məmmədov və Arif Yunusun səhhəti ilə maraqlanıblar.
Bu barədə Xəbərnamə.info-a  İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov  özü məlumat verib.
Onun sözlərinə görə, apardığım monitorinq zamanı yuxarıda adı çəkilən  hər iki şəxsin səhhəti ilə maraqlanıblar:
D4BE935C-E892-4A05-9A62-D08076EA9B23_w1080_h608
“Həkimlər mənə məlumat verdi ki, A. Yunusun və H. Məmmədovun səhhəti normaldır və hər hansı həyati təhlükə yoxdur. Onların  hər ikisi həkim nəzarətindədir.”
E. Behbudov onu da əlavə edib ki, yaxın günlərdə müstəqil həkim komissiyasi A. Yunusu müayinədən keçirib və onda elə ciddi problemin olmadığını müəyyən edib.
Arif Yunus ötən ilin aprelin 28-də Leyla Yunusla birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkəni tərk edərkən saxlanılıblar. Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir. Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2 —ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirlir.
Hacı Məmmədova gəldikdə isə E. Behbudov bildirdi ki, o şəkərdən əziyyət çəkir: “H. Məmmədov  özünü təbii yolla müalicə etsə də, həkim nəzarətindədir.”
Qeyd edək ki, H. Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə adam oğurluğu və bir sıra qətllərdə təqsirləndirilən Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.
Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər
H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.
E. Behbudov bildirdi ki, müvəqqəti saxlama yerində saxlanılan  1981-ci il təvəllüdlü Qasımzadə Tünzalə və 1977-ciilə təvəllüdlü Həsən Həsənovla görüşüblər. Saxlanılan hər iki şəxs  saxlanma  şəraitindən və onlara olan münasibətdən şikayətçi olmayıblar. Əksinə, onlara olan münasibətdən xeyli razıdırlar.  Bu şəxslər MTN həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İrandan Azərbaycana narkotik maddə keçirərkən saxlanılıblar və hər ikisi barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayə işi açılıb, istintaq davam edir. Hüquq müdafiəçisi bildirdi ki, hər iki şəxs özlərini təqsirli bilirlər.