Keçmiş prezidentin qaynanası öz evində bir neçə qaçqın yerləşdirəcək.

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin qaynanası Mariza Bruni-Tedeski öz evində bir neçə qaçqın imagesertyuiopıyerləşdirəcək.  “Mən indi buna hazırlaşıram. Almaniyadan olan bir dostum belə edib. Mən bilirəm ki, bu, dənizdə bir damladır. Amma niyə də olmasın?” deyə 86 yaşlı qadın” La Repubblica”ya müsahibəsində bildirib. Kürəkənin siyasi fəaliyyəti barədə də suallara cavabında qaynana “Bilmirəm o, Yelisey sarayına qayıdacaqmı. Nikola virusa yoluxub- siyasət. O gedəndə mən inana bilmirdim ki, bu, artıq bitdi. İşlərin bundan sonr anecə gedəcəyini bilmirəm” deyib.