“Kaş ki, bunlar heç bir qərar verməyələr”

images (8)AXCP sədri Əli Kərimli Mərkəzi Bankın uçot dərəcəsini 3 faizdən 5 faizə qaldırmasına münasibət bildirib. Əli Kərimli Facebook səhifəsində qərarı belə dəyərləndirib:

Demirdim ki, hökumət çaşqınlıq içindədir, nə etdiyini, niyə etdiyini özü də bilmir? Buyurun, özünüz dəyərləndirin. İki aya yaxındır ki, yerli istehsalı artırmaqdan, bu yolla ölkənin idxaldan asılılığını azaltmaqdan, kənd təsərrüfatını inkişaf etdirməkdən danışırdılar. Bu gün də Mərkəzi Bank qərar verib uçot dərəcəsini 3 faizdən 5 faizə qaldırıb.

Bu da o deməkdir ki, kreditlərin onsuz da yüksək olan faizləri daha da artacaq. Özünüz düşünün, hansı sahibkar hətta indikindən də, yüksək faizlərlə kredit götürüb, istehsal sahəsi yaradacaq? Aydındır ki, bu şərtlər altında ölkəyə xarici sərmayə axını olmayacaq, kreditlə maliyyələşməni də özləri məhdudlaşdırırlar. Deməli, real iqtisadiyyatın inkişafından heç bir söhbət gedə bilməz. Kaş ki, bunlar heç bir qərar verməyələr. Hər bir qərarları vəziyyəti daha da ümidsiz edir.