Kəmaləddin Heydərovun oğlu 15 milyona baza alır?

“Qəbələ”nin prezidenti Tale Heydərov “Əlincə”nin bazasını almağa hazırlaşır. 
Fanat.z-ın əldə etdiyi məlumata görə, klub prezidenti 15 milyon manat qiyməti olan stadionu və digər tikililəri, o cümlədən sözügedən klubun rəhbərinə məxsus otellə yaxından maraqlanır. 1516803736_1
Bir müddət öncə mətbuat səhifələrində satıldığı bildirilən idman qurğusunun qiymətiylə bağlı razılaşmaq başlıca hədəfdi.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu bu iş üçün artıq 2 nəfər ayırıb və danışıqlar davam etdirilir.
Məqsəd kompleksi Ronaldinyonun adını daşıyacaq futbol akademiyasının ixtiyarına verməkdi.