Tiflisdə yaşayan azərbaycanlı jurnalist Tural Qurbanlı SOCAR Gürcüstanın sifarişi ilə izlənildiyini deyir.
Bu barədə jurnalist özünün facebook səhifəsində məlumat və fotolar paylaşıb.
Jurnalist, onunla əlaqə saxlayan əməkdaşımıza izləmə prosesinin SOCAR”ın Tiflisdəki rəhbərliyinin sifarişi ilə aparıldığını bildirib:
“Əfqan Muxtarlının həbsindən sonra izlənilmə prosesi açıq-aşkar aparılır. Əvvəllər gizlin izləyirdilərsə, indi daha gözümüzün içinə baxa-baxa izləyirlər. Sonuncu dəfə izləyən insan həm də Əfqan Muxtarlının xanımı Leyla Mustafayevanı izləyib. Eyni insan, eyni maşın burda bizi izləyir ancaq Gürcüstan höküməti heç bir şey etmir. İzlənilmə ilə bağlı şikayət edəndə isə, izəyən adam qalır qıraqda, izlənilən adamı hər dəfə polis bölməsinə çağırıb saatlarla dindirməklə bezdirirlər.”
Maşında əyləşən bu şəxs bizi izləyir hostelin qabağında müşahidə aparır və məlumat ötürür.