Jurnalist reportaj zamanı çayda boğuldu

 

Gürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze reportaj hazırlayarkən qəza nəticəsində həyatını itirib.

 “İnterfaks” agentliyi  xəbər verir ki, Z. Txelidze Deşet rayonundan reportaj hazırlayıb.

Jurnalist Xad kanyonunda dağ çayına düşən çəkiliş aparatını çıxarmaq istəyərkən suya düşüb. Z. Txelidzenin axtarışına 50 xilasedici cəlb edilib və bu gün cəsədi tapılıb.

AzVision.az