Qalatasaray, Jem Paul Qaracan ilə 3 illik razılaşma haqqında açıqlama verdi.
Qalatasarayda Bilal və Lukas Podolskidən sonra üçüncü transfer olan Jem Paul Qaracan Avstriya düşərgəsinə qatıldı.
Hər mövzuda razılaşma təmin edilən və sağlamlıq müayinəsindən keçirilən Jem Qaracan, düşərgəyə gələrək texniki heyət və futbolçularla tanış oldu. Qalatasaray daha sonra Jem Paul Qaracan ilə 3 illik razılaşmağa əldə olunduğu haqqında rəsmi açıqlama verdi.
Sarı-qırmızılı klub, Jem Paul Qaracana bir mövsüm üçün Qalatasaray 600 min avro zəmanət ödəniş verəcək. Jem Paul Qaracan, matç başına isə 15 min avro pul qazanacaq.
Qaracan, ilk mövsümündə 25 rəsmi matçda əsas heyətdə oynasa 2016-2017 futbol mövsümündə sabit ödənişi 600 min avrodan 800 min avroya çıxacaq. Sarı-qırmızılıların yeni transferi, 2016-2017 futbol mövsümündə isə 25 rəsmi matçda ilk 11-də oynayacağı halda 2017-2018 futbol mövsümündə ödənişi 1 milyon avroya yüksələcək.
Yarım müdafiənin mərkəzində oynayan 26 yaşlı Türk əsilli oyunçu, Qalatasaraya İngiltərənin Riding klubundan transfer olunub. Daha öncə Borunmuth və Milluoll klublarında icarədə çıxış edən Qaracan, 3 dəfə də Türkiyənin U21 komandasında meydana çıxıb.
Digər tərəfdən Podolski və mövsüm sonrası milli komandalara gedən futbolçular, 10 İyulda düşərgəyə qatılacaq.
Elnur ORUCLU