Malayziya baş naziri Nəcib Reza, Hind Okeanındakı Fransaya aid Reunion adasında olan qanad parçasının, MH370 səfər saylı itkin Malayziya təyyarəsinə aid olduğunu açıqladı.
Malayziya baş naziri Nəcib Reza, Hind Okeanında Fransaya aid Reunion adasında keçən həftə olan qanad parçasının MH370 səfər saylı itkin Malayziya təyyarəsinin aid olduğunu söylədi.
Reza təşkil etdiyi mətbuat konfransında, “Böyük bir kədərlə, beynəlxalq mütəxəssislərin olan qanad parçasının MH370 səfər saylı itkin Malayziya təyyarəsinə aid olduğunu təsdiqlədiyini söyləmək məcburiyyətindəyəm” dedi.
Reza, MH370 səfər saylı itkin təyyarənin Cənubi Hind Okeanına düşdüyünün sübut olunduğunu ifadə etdi.
Hind Okeanındakı Fransaya aid Reunion adasında keçən həftə çərşənbə günü iki metrlik bir təyyarə qanadı tapılmış, itkin Malayziya təyyarəsi MH370-ə aid olduğu irəli sürülən parça araşdırma üçün Fransaya göndərilmişdi.
Malayziya Hava yollarına aid MH370 səfər saylı Boeing 777 tipli təyyarə Kuala Lumpur-Pekin səfərini edərkən 8 Mart 2014-cü ildə 227 sərnişin və 12 ekipaj ilə itmişdi.
Mətləb BALAKİŞİYEV