İtaliyanın xarici işlər naziri deyib ki, Brexit qərarına rəğmən Britaniyanın Avropa İttifaqında qalması istisna olunmur.
Paolo Gentiloni bu barədə BBC-ə müsahibəsində bildirib.
“Son 20 il ərzində biz referendum nəticələrinin başqa bir referendum və hətta milli parlamentlərin qərarları ilə ləğv edildiyini görmüşük”, deyən italiyalı diplomat Almaniya və Fransanı misal çəkib.
Paolo Gentiloninin sözlərinə görə britaniyalılar qərarlarını dəyişərsə o,“bu münasibətlə şampan qədəhini” qaldırmağa hazırdır.
Brexit qərarından sonra ayrılma prosedurunu işə salmaq üçün Lissabon razılaşmalarının 50-ci madəsi tətbiq olunmalıdır.
Britaniya hökuməti hələ ki, bu barədə rəsmi müraciət etməyib.