AÇ-2016-da Türkiyəni təmsil edən hakim Cüneyt Çakır çempionatın önəmli matçlarından daha birinə təyinat alıb.
Xəbərnamə.info Türkiyə mətbuatına istinadən bildirir ki, çoxlarının “erkən final” olaraq, adlandırdığı İtaliya-İspaniya oyununu Cüneyt Çakır idarə edəcək. Çakırın köməkçiləri Bahattin Duran ve Tarık Ongun olacaq. Oyun 27 iyunda Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Avropa çempionatında hər oyun üçün baş hakimlərin qonorarı 6 min, köməkçilərin qonorarı 700, əlavə köməkçilərin qonorarı isə 450 avrodur.
Bundan başqa, turnirdə iştirak hüququ qazandıqlarına görə də hakimlərə əlavə mükafat verilir. Qeyri-rəsmi bilgiyə görə, onun həcmi 65 min avroya çatır.
Dünya çempionatında bonuslar bundan bir qədər aşağıdır.