İtalyanın, İraq Kürd Regional Rəhbərliyinin Ərbil şəhərində konsulluq açacağı bildirilir.
İraq Kürd Regional Rəhbərliyi (IKBY) sədri Məsud Bərzani, İtalyanın Bağdad səfiri Marco Carnelosu rəsmi məkanında qəbul etdi.
Nazirliyin internet saytında nümayiş olunan açıqlamada sözlərinə yer verilən Carnelos, Ərbildə olan nümayəndəliyi konsulluq səviyyəsinə çıxarmağa qərar verdiklərini ifadə edərək, “İtaliya, ayrıca Kürdüstan bölgəsinə hərbi və humanitar yardımlarına davam edecek.Peşmergəyə istiqamətli təhsil işlərinə də kömək göstərməyi davam etdirəcəyik” ifadələrini bildirdi.
Bərzani də İtalyanın Ərbildə konsulluq açmasından duyduğu məmnuniyyəti dilə gətirərək, “İtaliya, Peşmerge güclərinə və Kürdüstan bölgəsinə əhəmiyyətli köməklər göstərdi. Bu səbəblə İtaliya hökumətinə və xalqına təşəkkür edirik. İki tərəf arasındakı iqtisadi və siyasi əlaqələrin güclənməsindən tərəfdarıq. Ərbildə konsulluq açma qərarı sevindirici bir inkişafdır. Bunun üçün lazımlı hər cür dəstəyi təqdim etməyə hazırıq “deyə bildirmişdir.
Mətləb BALAKİŞİYEV