İsveçrə saytı Neftin pullarının necə yeyildiyini açdı

aliyevler-neftAzərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşkilatında statusunun aşağı salınması ölkədə yaranmış çox xoşagəlməz durumla bağlıdır. Bu hadisəAzərbaycan hakimiyyətinin korrupsiyada və repressiyalarda ittiham olunmasından sonra baş verdi. Bu barədə fikirlərini Isveçrədə fəaliyyət göstərən BeynəlxalqƏlaqələr və Təhlükəsizlik Şəbəkəsinin saytında Xannest Meysner bölüşür.

2003-cü ildə Ilham Əliyevin Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşkilatına üzv etməyə çalışması beynəlxalq aləmdə legitimliyini bərpa edəcək amil kimi anlaşılır. Azərbaycan hakimiyyəti hesab edirdi ki, bu təşkilat gəlir əldəetmə prosesi haqqında məlumatlansa da, əldəolunan vəsaitlərin necə xərclənməsi prosesində iştirak etmir. Azərbaycana böyük neft pulları gələndən sonra hakim elita dövlət vəsaitlərini korrupsiya layihələrinə yönəltdi. Yalnız ötən il Mədən Sənayesində Şəffaflıq Təşkilatı korrupsiya və repressiyaları nəzərə alaraq Azərbaycanın statusunu aşağı saldı.

Azərbaycanda korrupsiya dövlət və ictimai həyatın bütün sahələrinə nüfuz edib. Hökumət yalnız bir neçə sahəni vitrin kimi nümayiş etdirməkdən ötrü korrupsiyadan uzaq tutmağa çalışır. Buna misal olaraq “Asan Xidmət”i göstərmək olar.

Azərbaycanda korrupsiya iki istiqamət üzrə inkişaf edir: neft-qaz sahəsi, neftə aidiyyəti olmayan digər sahələr… Ölkədə mərkəzləşdirilmiş rüşvət sistemi var. Adamlar problemlərini həll etmək üçün və yaxud da qısa müddətdə həll etmək üçün rüşvət verməyə məcburdurlar. Vəzifələrin satılması haqqında çoxsaylı məlumatlar yayılıb. Ölkəyə böyük neft pulları gələndən sonra hakim elita aşağı səviyyələrdə mövcud olan rüşvətdən imtina etdi. Beləcə “Asan Xidmət” meydana gəldi.

2455de9e2b9a

Dövlət başçısı 7 çox güclü qrupun arasında arbitr kimi çıxış edir. Bu qruplardan ikisi siyasi sahədə, digər ikisi isə biznes sahəsində fəaliyyət göstərir. Qalan 3 qrup isə həm siyasət, həm dəiqtisadi sahədə yetərincə uğur qazanıb. Son 3 qrupa daxil olanlar yüksək vəzifələrdən tutmuş, o sıradan nazir postları tutanlar, eyni zamanda böyük maliyyə resurslarının sahibləridir.

Neftdən gələn gəlirlərin əsas hissəsinin bu qrupların əlində cəmləşməsi heç kim üçün sirr deyil. Böyük neft pulları şəffaf olmayan dövlət büdcəsindən hakim elitanın sərəncamına verilərək böyük tikinti layihələrinə xərclənib. 2009-cu ildə 13 milyard dollar olan dövlət büdcəsinin vəsaitlərinin 40 faizi investisiya layihələrinə yönəldilmişdi. Əldə edilmiş məlumatlara görə, bu vəsaitlərdən səmərəsiz istifadə edilməsi bir yana, digər tərəfdən də kifayət qədər bulanıq kanallar vasitəsi iləmənimsənilmişdi.

w5idju6v

Təbii sərvətlərlə zəngin olan bəzi ölkələrdə dövlət resurslarının korrupsiya mənbəyinə çevrilməsi problemi bəzi ölkələr üçün kifayət qədər xarakterikdir. Mədən Sənayesində Şəffaflıq Təşkilatı hesab edir ki, təbii sərvətlərin satışı nəticəsində əldə olunan maliyyə vəsaitləri bəzi ölkələrdəiqtisadi və sosial çiçəklənməyə yol açdığı halda, digərlərində korrupsiyanın daha da inkişafına səbəb olur. Bu təşkilat təbii sərvətlərin satışı nəticəsində əldə olunan maliyyə vəsaitlərinin şəffaflıq və hesabatlılıq şəraitində idarə edilməsi üçün hasilatla məşğul olan şirkətlər, hökumətlər və yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın institusional əsaslarını müəyyənləşdirən sxemlər üzrə əməkdaşlıq etməyə çalışır.

Azərbaycan hakimiyyəti uzun illər ərzində ciddi islahatlar aparmaq vədləri olan bəyanatlarla çıxış edib. Prezident Ilham Əliyev ölkə əhalisinin maraqlarına xidmət edəcək şəffaf və səmərəli idarəçiliyin qurulmasından danışıb. Bütün bunlara baxmayaraq Azərbaycan hakimiyyəti verdiyi bəyanatların ziddinə hərəkət edərək korrupsiyadan nəinki imtina edib, hətta onun çiçəklənməsinəheç bir problem yaratmayıb. Son 10 il ərzində biz Azərbaycanda avtoritarizmin fasiləsiz vədavamlı güclənməsinin şahidi olmuşuq. Ərəb baharı, Maydan hadisələri və neftin qiymətinin düşməsi nəticəsində iqtisadi vəziyyətin pisləşməsi fonunda hakimiyyət vətəndaş cəmiyyətinəqarşı təzyiqləri gücləndirib. Iş o həddə çatıb ki, Mədən Sənayesində Şəffaflıq Təşkilatının Milli Koalisiyasında birləşmiş təşkilatlar sərbəst fəaliyyət imkanlarından məhrum ediliblər. Təşkilat bu Koalisiyaya daxil olan qurumlara qarşı repressiyaların dayandırılması və onların sərbəst fəaliyyət göstərməsi üçün səylərini artırıb.

11216571_688268427940298_2659739473874339763_n

Dövlət başçısı 7 çox güclü qrupun arasında arbitr kimi çıxış edir. Bu qruplardan ikisi siyasi sahədə, digər ikisi isə biznes sahəsində fəaliyyət göstərir. Qalan 3 qrup isə həm siyasət, həm də iqtisadi sahədə yetərincə uğur qazanıb. Son 3 qrupa daxil olanlar yüksək vəzifələrdən tutmuş, o sıradan nazir postları tutanlar, eyni zamanda böyük maliyyə resurslarının sahibləridir. Neftdən gələn gəlirlərin əsas hissəsinin bu qrupların əlində cəmləşməsi heç kim üçün sirr deyil. Böyük neft pulları şəffaf olmayan dövlət büdcəsindən hakim elitanın sərəncamına verilərək böyük tikinti layihələrinə xərclənib. 2009-cu ildə 13 milyard dollar olan dövlət büdcəsinin vəsaitlərinin 40 faizi investisiya layihələrinə yönəldilmişdi. Əldə edilmiş məlumatlara görə, bu vəsaitlərdən səmərəsiz istifadə edilməsi bir yana, digər tərəfdən də kifayət qədər bulanıq kanallar vasitəsi ilə mənimsənilmişdi.

 

xebername.info

Siyasi Şöbə