İsveç xarici işlər naziri Margot Vallström, ötən gün Yunanıstana qaçaq yollardan getməyə çalışarkən qayıqların batması nəticəsində boğularaq ölən kiçik Aylanın fotoşəkili haqqında açıqlama edərkən ağlayıb.
İsveç dövlət televiziyasında yayımlanan xəbər proqramı “Aktual”a qonaq olan Vallström, Türkiyənin Bodrum şəhərində yaşamaqa üçün çıxdıqları səfərdə qayıqın batması sonrası həyatını itirən kiçik Aylanın cansız bədəninin fotoşəkili haqqında rəy bildirdiyi anda ağlamağa başlayaraq, “mövzudan ötəri çox kədərli və hirsli” olduğunu söylədi.
“Bu şəkilə baxanda təsirlənməmək və kədərlənməmək əldə deyil” deyən Vallström, Avropa ölkələrinə köç problemi ilə əlaqədar olaraq “təcili hərəkət” çağırışı etdi. Almaniya və İsveçin ən çox Suriyalı mühacirləri qəbul edən ölkələr arasında olduğunu deyən Vallström, digər Avropa ölkələrini də təşəbbüs alaraq qçqınlara qapılarını açmasını istədi. İsveçlilərin mühacirləri bağrına basacağına əmin olduğunu ifadə edən Vallström, “hamımız insanıq” dedi.
Mətləb BALAKİŞİYEV