İstanbul-Qəbələ, İstanbul-Lənkəran resləri açılacaq

Xebername.info ANS PRESS-ə istinadən bildirir ki, Türkiyə aviaşirkəti Pegasus Airlines Azərbaycana reyslərin icra edilməsi barədə rəsmi Bakıdan icazə alıb və bu haqda AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski açıqlama verib.

Onun sözlərinə görə, Pegasus sifarişi ilə icra edilən aviareyslərin marşrutu İstanbul-Qəbələ-İstanbul qəbul olunub, uyğun “slotlar” təsdiq edilib.pegas5-600x400

“Bu marşrut üzrə uçuşların başlanması barədə qərar Türkiyə tərəfindən asılıdır. İstisna deyil ki, cari ilin qış fəsilində Türkiyə avireyslərindən biri Lənkərana uçuş həyata keçirəcək”, – deyə P.Kəsəmənski bildirib.

İki ölkə arasında müntəzəm aviareyslər hökumətlərarası razılaşmalarla qəbul edilir. Paşa Kəsəmənski bildirib ki, Azərbaycan və Türkiyənin aviasiya qurumları arasında uyğun olan razılaşma 2014-cü ilin noyabr ayında imzalanıb və hazırda onun şərtlərə hər iki tərəfə riayət edir.

Kəsəmənskinin sözlərinə görə, Türkiyə hava şirkəti Bakı,Gəncə və Naxçıvana reyslər həyata keçirir və həmin aviaşirkətlə AZAL sıx əməkdaşlıq edir.

Bundan başqa Macarıstanın “Wizz Air” aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-ə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycanda uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.

Bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir: “Azərbaycan tərəfindən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib. Azərbaycan tərəfi “Wizz Air” şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”.

Xebername.info