Bu gün İstanbulun ən böyük mitinq meydanlarından biri olan “Yenikapı”da təşkil edilən “Demokratiya və Şəhidlər mitinqi”nə dair maraqlı statistika açıqlanıb.
Yerli mətbuat xəbər verir ki, İstanbul bələdiyəsinin də böyük dəstək verdiyi mitinqdə 7 min avtobus, 203 kiçik həcmli gəmi, 10 gəmi nümayişə gedənlərə xidmət göstərib.
Məlumata görə, mtinq əsnasında ictimai nəqliyyatlar pulsuz olub. 2 min 500 polis, 900 xidmətçi də vəzifə başında olub. Bildirilir ki, mitinq meydanında 50 milyon su, 1 milyon qida, 3 milyon stəkan və 1 milyon şapka nümayişçilərə paylanılıb.