İsrail Təhlükəsizlik naziri Gilad Erdan, İsraildəki Ərəblər üçün yayımlanan Fələstin 48 kanalının yayımının dayandırılması təlimatını verdi.
İsrail təhlükəsizliyindən edilən yazılı açıqlamada, Fələstin rəhbərliyi tərəfindən maliyyələşdirilən və ramazan ayı başında yayıma başlayan kanalın fəaliyyətlərinin qadağan edilməsi qərarının, bu mövzuda səlahiyyət sahibi olan Erdan tərəfindən verildiyi ifadə edildi.
6 ay müddətdə etibarlı olacaq qərara səbəb olaraq, kanalın İsraildə fəaliyyət göstərmə icazənin olmaması göstərildi. İsrail Baş naziri Binyamin Netahyahu da kanalın yayıma başlamasından qısa müddət sonra Rabitə Nazirliyinə təlimat verərək, kanalın qanuni vəziyyəti və xüsusilə Fələstin rəhbərliyi tərəfindən maliyyələşdirilməsinin hüquqi çərçivəsinə bağlı istintaq aparılması təlimatı vermişdi.
Kanalın adı, İsrail dövlətinin qurulduğu və Fələstinlilər tərəfindən “Böyük fəlakət” olaraq xarakterizə edilən 1948-ci ilə istinad olduğu bilinir.
Mətləb BALAKİŞİYEV