İsmayıl Əliyev: Ölkədə insan alveri polislərin ən çox gəlir əldə etidyi sahələrdəndir.

 İsmayıl bəy, ictimai fəal olaraq Azərbaycanda insan alverini yaradan səbəbləri kimi nəyi görürsünüz?

İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən  qisim insanların köləliyə çevrildiyi cəmiyyəti  dəyişərək təhlükəsiz, ədalətli və vahid vətəndaş  cəmiyyətinə çevirmək, sosial ədalətin  yeganə təminatçısı olan  məhkəmə hakimiyyətinin  nüfuzunu və etibarını  təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan  ibarətdir. İnsan alverini doğuran ümumi səbəblərdən-əhalinin  səmərəli məşğuliyyətinə məhdudiyyətlərin  olması, qurbanların təhsilinin səviyyəsi, sosialfotom3 (1) müdafiəsi, yoxsulluğun mövcudluğu, əmək bazarında ayrı seçkilik-gender bərabərsizliyi və s. göstərmək olar.  Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda insan alverinin əsas səbəbi işsizlik və ölkədə olan sosial-iqtsiadi vəziyyətlə bağlıdır.  Ölkədə insanların sosial vəziyyəti ağrılaşdıqca, insanlar gündəlik yaşayışını təmin etmək üçün bütün şərtlərlə razilaşmalı olur. Azərbaycanda “bütün gözəliklər” ancaq kagız üzərindədir. Süni forma yaratmaqla insanları indandırmağa çalışirlar ki, hər şey əladır.  İnsan alverində qırmızı xətt kimi keçən qul əməyindən istifadə   əsasən  ağır bədən xəsarətləri, döymə, azadlığın məhdudlaşdırılması, hədələr, rişxənd, lağa qoyma və təhqirlə müşayət edilir. Təbii ki, belə cinayətlər təhlükəli əməllərin məcmusuna  görə tövsif olunmalıdır ki,  insan alverini yaradan faktorlar – əsas tərkib prosesual diqqətdən yayınmasın. Çox təəssüf ki,  əksər hallarda bu  faktla  istintaq aparıldıqda  əsas təşkilatçılar  “kadr arxasında” qalır.

Dövlətin bu sahədə gördüyü işləri necə qiymətləndirirsiniz?

Azərbaycanda bu sahəyə məhsul olan və cinayətkarlığa qarşı mübarizə səlahiyyətləri Azərbaycan Respublikası DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi həyata keçirir.  İnsan alveri ilə məşğul olan “cinayətkarlar cəzalandırlır”. Amma ildən ilə bu sahəilə məşğul olan insanlarin sayı artır.  Bizdə qanunlar ancaq cinayətlərin azadlıması üçün tətbiq edilmir.  Şəxsi marağların gercəkləşməsi üçün edilir.  İnsan alverçisi tutulur, bir müddət keçimir ki, azad olunur. Məlum olur ki, ya rüşvət verir ya da “arxasından” kimsə çixir.  Bütün bunlar göstərir ki, qanunlar şəxsi maraqaların təmin olunması üçün lazımdir. Tam məsuliyyətimlə deyirəm, insan alverinə ən çox dəstək verən şəxslər polis əməkdaşlarıdır.Ölkədə insan alveri polislərin ən çox gəlir əldə etidyi sahələrdən birdir. Bütün sahə müvvəkilləri harada kim nəylə məşğuldur hamsı haqqında məlumatlıdırlar.