Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Səfirlikdən verilən xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib. Ölkənin milli bayramı — dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan mərasim də ləğv edilib. Qeyd edək ki, dünən Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb. Prezidentin dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək. Ölkədə bu gündən 3 günlük matəm elan olunub. İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.
Related Posts
Azərbaycan Xarici İşlər Nazirliyi Fransa nümayəndə heyətinin Qarabağa qanunsuz səfərini tənqid edir
- admin
- 17/09/2021
- 0
Fransa Milli Məclisinin üzvü Fransua Pupponi Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndiyə qanunsuz səfər […]
İŞİD Məkkəyə hücum etdi
- admin
- 05/05/2016
- 0
İŞİD terror təşkialtı döyüşçüləri Məkkəyə hücum edib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məsələ […]
O, Albert Eynşteyn və Stefan Hawkingidən daha zəkalı oldu
- admin
- 05/09/2015
- 0
O, Albert Eynşteyn və Stefan Hawkingidən daha zəkalıdır İngiltərədə bir ay fasilə ilə 12 yaşlı iki […]