İŞİD Səddam Hüseynin sarayından orqan ticarəti üçün istifadə edir

downloadİraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması İraqın keçmiş lideri Səddam Hüseynin sarayından insan orqanlarının ticarəti üzrə hospitalına çevirib.
Bunu İraqın “Kürdistan Demokratik Partiyası”nın nümayəndəsi Said Memozini deyib.
İraqın keçmiş liderinin saraylarından biri ölkənin şimalındakı Mosul şəhərində yerləşir. Memozinin sözlərinə görə, İŞİD yaraqlıları Hüseynin keçmiş sarayından insan orqanlarının alqı-satqısı üzrə xüsusi qospital kimi istifadə edirlər.
Memozini deyib ki, islamçılar hərbi əməliyyatlar zamanı öldürülən insanların orqanlarını gəlir əldə etmək üçün satırlar. Onun sözlərinə görə, İŞİD qruplaşması insan orqanlarını başqa ölkələrə də satırlar. (Modern.az)