İslam dövləti” terror təşkilatı martın 22-i Belçikanın paytaxtı Brüsseldə baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb. Trend-in İnterfaks-a istinadən verdiyi məlumata əsasən, bunu təşkilat sosial şəbəkələrdə fransız və ərəb dillərində açıqlanan rəsmi bəyanatında bildirir. Daha öncə Belçika polisi Skarbek komunnasında axtarışlar zamanı partlayıcı, kimyəvi maddələr və İŞİD-in bayrağını aşkar edib. Xatırladaq ki, martın 22-i Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.
İŞİD Brüssel terrorunu öz üzərinə götürüb
