İŞİD bəyanat yayaraq hücumu üzərinə götürdü.

0235014867299Fransa Prezidenti Fransua Holland üç günlük milli matəm elan etdi. Holland təhlükəsizlik həddi səviyyəsini ən yüksəyə qaldırıb və ölkə daxilində fövqəladə vəziyyət elan edib. Bir çox inzibati bina, Parisdəki Disneyland bağlanıb, idman qarşılaşmaları təxirə salınıb və izdihamlı toplantı və mitinqlər beş gün ərzində qadağan olunub.

Cümə axşamı həyata keçirilən silahlı terror Fransanın sülh dövründə qarşılaşdığı ən böyük zorakılıq aktı olub. Ölkədə İkinci Dünya Müharibəsindən bu yana yalnız dörd dəfə fövqəladə vəziyyət elan edilmişdi. Sonuncusu 2005 dəki küçə qiyamları əsnasında elan edilmişdi.

Eyni zamanda, Paris hücumları 2004 dəki Madrid qatar bombardmanından bu yana Avropadakı ən qanlı zorakılıq aktı oldu.
İŞİD isə şənbə günü bəyanat yayaraq hücumu üzərinə götürdü və Fransanın Suriya və İraqdakı hava hücumlarına cavab tədbirləri keçirdiklərini açıqlayıb.

Mətləb BALAKİŞİEV