Xebernamə.info İctimai Səhiyyə İnustutu İB-nin sədr müavini, içtimai fəal və həkim xanım Vəfa İbrahimova ilə maraqlı müsahibəni təqdim edir.
Vəfa xanım Azərbaycan səhiyyəsi haqqında çox yazılıb, çox danışılıb siz hansı fikirdəsiniz?
Səhiyyə və təhsil hər bir dövlətin əsas zəmanətidir. Məhz buna görə də deyirlər ki, bir xalqı məhv etmək üçün onun təhsilini və səhiyyəsini məhv etmək lazımdır. Çox təəssüflər olsun ki, Azərbaycanda hər 2 sahənin vəziyyəti acınacaqlıdır. Səhiyyədə elə bir vəziyyət yaranıb ki, ölkə vətəndaşları ən yüngül xəstəliklərin müalicəsini də yerli səhiyyəyə etibar etmək istəmir. Milyonlarla insan müalicə üçün Iran, Türkiyə, Gürcüstan, Israil, Almaniya və digər ölkələrə üz tutur. Artıq, Azərbaycanda xəstəyə qoyulan diaqnozların etibarlılıq limiti bitib. Çünki, bir xəstə 5 həkimə müraciət edir və 5 fərqli diqanozla rastlaşır. Dərmanlar baha, müayinə baha, nəticə isə bərbad.
Sizcə səbəb nədir?
Səhiyyə Nazirliyi xaricdən gələn həkimlərə xəbərdarlıq edir. Guya, problemin kökü bundadır. “Azərbaycana xaricdən tibbi fəaliyyət göstərmək üçün gələn həkimlər arasında qanunları pozanlar da olur. Ancaq onlar da nizam-intizama cəlb edilirlər”. Bunu curnalistlərə Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.O bildirib ki, xaricdən gələn bəzi həkimlərin öz profillərinə uyğun fəaliyyət göstərməsi və onların göstərdikləti tibbi xidmətlərin keyfiyyəti ilə bağlı da müəyyən boşluqlar var.
Vəfa xanım bir həkim kimi nazir müavininin fikiri ilə razısınızmı?
“Azərbaycanda xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. Iranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir”. Bunu isə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklərin müzakirəsi zaman deyib.Amma bir şey maraqlıdır ki özəl tibb müəssələrin demək olar ki hamısı həmin Quliyevlərə və onun kimi digər oliqarxlara məxsusdu.Mənim üçündə maraqlıdır ki əgər problem bundadırsa onun qarşısını özləri niyə almırlar Demək ki məsələnin kökü bu da deyil. Azərbaycanda təhsil sistemi bərbad olduğuna görə, Tibb Universiteti də bu vəziyyətdən öz payını alır. Bir halda ki, oxumadan da diplom almaq, yuxarı kursa keçmək mümkündür, deməli kadr məsələsində də problem yaranacaq. Digər tərəfdən bu gün həkimlərin 90 faizi firmalarla işləyir və onlar üçün əsas olan odur ki, həmin firmanın dərmanını xəstəyə yaza bilsinlər. Bu gün həkimlər arasında “firma rəqabəti” gedir. Başqa bir səbəb dərmanların bahalı və keyfiyyətsiz olmasıdır. Dərmanı ucuz almaq üçün tərkibi dəyişidirilir və xəstə uzun müddət dərman qəbul etsə də effektin görmür. Bu isə dövləti cinayətdir və bu işlə məşğul olanlar ən ağır cəzaya məhkum edilməlidir. Statistik məlumatlar göstərir ki, ölkəyə idxal edilən dərmanın təxminən yarısını Səhiyyə Nzirliyi alır. Deməli, bu dərmanlar xəstəyə pulsuz verilməlidir və ölkədəki xəstələrin yarısı da bu pulsuz dərmanlardan istifadə edə bilməlidir.Səhiyyənin bu qədər iflic vəziyyətdə olması ölkə vətəndaşını yerli səhiyyədən uzaqlaşdırır və hər il on milyonlarla vəsait ölkə xaricinə axır
Deməli, səhiyyənin bu vəziyyəti ölkə iqtisadiyyatını, büdcəni də təhdid edir.
Əlbəttə, yüksək vəzifəlilər öz sağlamlığını ölkə səhiyyəsinə etibar etmir. Onların külli miqdarda pulu olduğu üçün Avropa ölkələrində müayinə və müalicə olunurlar. Deməli, səhiyyənin qurbanına çevrilən sadə vətəndaşdır. Faktiki olaraq səhiyyə vətəndaşın qatilinə çevrilib. Bu qətliamda uşaqların daha çox qurbana çevrilməsi isə ölkənin gələcəyinin, genefondun məhv edilməsidir.
Amma O.Şirəliyev yeni səhiyyə naziri təyin olunanda, cəmiyyətə reformist kimi təqdim olundu?
Yuxarıda göstərdiyimiz səbəblər hamıya məlumdur və hökumətin iradəsi olsa bu problemi həll edə bilər. Amma görünən budur ki, səhiyyənin uşaq qatilinə çevrilməsi, “böyüklər”i narahat etmir. Çünki, səhiyyənin belə vəziyyəti başda O.Şirəliyev olmaqla xeyli adamın cibini böyüdür.
Məs buna görıdir ki, Gürcüstana, Irana müalicəyə gedənlərin sayı artdı. Ən pis nəticə budur ki, Azərbaycanla sərhəd olan bütün ölkələrə vətəndaşlar pənah aparır. Əgər Ermənistanla müharibə şəraitində olmasaydıq, əhali yəqin ki, ora da gedərdi. Yəni, istənilən seçim Azərbaycandan müsbət qiymətləndirilir.
Hökumət isə səhiyyənin inkişafını yeni xəstəxanaların tikilməsi ilə sübuta yetirmək istəyir. Hansıki, inkişaf o tikilmiş binaların içində peşəkar həkimlərin olmasıdır, vətəndaşın yerli səhiyyəyə inamıdır. Əgər bu ölkədə normal səhiyyə olsa, heç kim özünə əziyyət verib 1000 kilometrlərlə yol qət etməz.
Görünən budur ki, Azərbaycan vətəndaşlarının sağlamlığı etibarlı əllərdə deyil. 20 ildən sonra məlum olur ki, bu sahədə heç bir nəzarət yoxdur.
Xebername.info 11.08.2013 O.Xəyal