İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun həbs olunub.
Bu barədə məlumatı məhkəmə nümayəndəsinə istinadən “Frans Press” yayıb.
O, maliyyə cinayətlərində ittiham olunur.
Hüseyn Fereydun 2015-ci ildə İranın nüvə proqramı üzrə danışıqlarda ölkəsinin xüsusi elçisi olub.
Məhkəmə nümayəndəsi onu da bildirib ki, girov müqabilində o azad edilə bilər.
Hələ yanvarın əvvəllərində 46 deputat onu iqtisadi cinayətlər törətdiyinə görə məsuliyyətə cəlb etməyə çağırırdı.