Azərbaycanlı deputat yol qəzasında öldü İran parlamentinin Şərqi Azərbaycandan olan nümayəndəsi yol qəzasında həlak olub. Gundelik-baku.com APA-ya istinadən bildirir ki, İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən seçilən parlament üzvü Məhəmmədəli Hüseynzadə bu gün səhər Zəncan-Qəzvin magistral yolunda qəzaya düşüb. Hadisə zamanı onun avtomobildə olan övladları və həyat yoldaşı xəsarət alıblar. Hadisəyə sürücünün yuxulu olması, yol kənarındakı təpələrə çırpılan avtomobili aşırması olub. Məhəmmədəli Hüseynzadə 10-cu dövr İran İslam Şura Məclisinə 50 min 980 səs toplamaqla seçilib. M. Hüseynzadə parlamentə yeni seçilmiş nümayəndələrin prezident Həsən Ruhani ilə görüşündə iştirak etmək üçün Tehrana səfər edirmiş.
Related Posts
Georgi Margelaşvili ”Mənim çox zəngin seksual həyatım olub, var və olacaq”.
- admin
- 15/03/2016
- 0
Mənim çox zəngin seksual həyatım olub, var və olacaq”. Gürcüstan prezidenti siyasətçilərin seks görüntülərini əks etdirən […]
Dövlət Departamenti “Politico” nəşrini təkzib edir, lakin Ermənistanın suverenliyinin pozulmasının ciddi nəticələri barədə xəbərdarlıq edir
- admin
- 18/10/2023
- 0
ABŞ Dövlət Departamenti oktyabrın 14-də “Politoco” nəşrindəki Amerikanın dövlət katibi Entoni Blinkenə istinad edərək yaxın […]
«The New York Times» qəzeti yazır ki, bu..
- admin
- 29/06/2016
- 0
İndi İŞİD qruplaşmasıyla savaş qaçılmaz olacaq; Moskvanın Türkiyəylə münasibətlərdə buzun əriməsində öz maraqları var – 29 […]