İran Əsəd və ailəsinə sığınacaq təklif edib

Livan kanalı “əl-Mayadin” İranın Kəşfiyyat naziri Mahmud Ələviyə istinadən bildirib ki, Tehran Suriya prezidenti Bəşər Əsəd və ailəsinə sığınacaq təklif edib.images

Avropa.info xəbər verir ki, İranda sığınacaq aldığı halda Əsəd təhlükəsiz şəkildə ölkədəki müxalif güclərə qarşı hərbi əməliyyatlar apara biləcək.

Ələvi deyib ki, təklif  İslam İnqilabı Keşikçiləri Korpusunun “əl-Qüds” birləşməsinin komandanı Qasim Süleymanidən gəlib. Lakin Əsəd İrana rədd cavab verərək bildirib ki, o, ailəsi və digər suriyalılar Dəməşqdə qalacaq.

Ələvi İranın Əsəd rejimini dəstəkləməkdə davam edəcəyini qeyd edib.