“İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasov həbs edilib.

Media rəhbəri hədə-qorxu yolu ilə pul tələb etmədə ittiham olunur

“İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasov həbs edilib.images-cms-image-000034104

O, hədə-qorxu yolu ilə tələb etmədə ittiham olunur. Bu barədə “Trend”-ə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib. Məlumatda bildirilir ki, Bakı və regionlardan daxil olmuş ərizələrə əsasən və DTX-də aparılan araşdırmalar nəticəsində “İrəvan Press” qəzetinin və informasiya saytının baş redaktoru Abbasov Azər Arif oğlu xidmətə dəvət olunaraq hədə-qorxu yolu ilə tələb etmə cinayət əməlində ittiham olunaraq saxlanılıb, barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs- qətimkan tədbiri seçilib.

Bildirilir ki, A.Abbasovun həbsi DTX-də “reket jurnalistika”ya qarşı aparılan əməliyyat-istintaq tədbirlərinin davamıdır.

“İrəvan Press” qəzeti və saytı “Azərbaycan” Nəşriyyatında yerləşir .