İQTİSADİ MƏYUSLUQ

ABŞ-ın Bakıda səfiri olmuş, indi Corc Mason Universitetinin enerji məsələləri üzrə professoru Richard Kauzlarich deyir ki, İlham Əliyev gərək qisa zamanda durumu dəyişməyi düşünsün. Strateji yol xəritələri kimi uzunmüddətli planları əhalini sakitləşdirməyəcək.

Richard Kauzlarich

“Azərbaycandan daha demoktaik ölkələrdə insanlar seçki keçirib, siyasi dəyişiklik tələb edirlər. ABŞ-da və başqa ölkələrdə bu baş verib. Amma Azərbaycan kimi bir şəxsin iradəsi ilə idarə olunan ölkələrdə iqtisadi dəyişikliyin siyasi dəyişikliklə nəticələnəcəyini demək çətindir. Çünki siyasi hakimiyyətin əlində vasitələr var ki, cəmiyyətdəki iqtisadi məyusluğun ölkədə siyasi struktura təsir etməsinin qarşısını alsın”. 2016-cı ilin yanvarı bahalaşmaya etirazlarla başlanmışdı. 2015-ci ilin dekabrında isə 48 faiz ucuzlaşan manat 10-dan çox rayonda vətəndaşları ayağa qaldırmışdı. Aksiyalar polis gücünə yatırlmışdı. Həbs olunanlar da olmuşdu. Onların küçəyə çıxma səbəbləri isə bahalıq və işsizlik idi.