Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstə üzvlərinin cnayət əməllərilə bağlı arxivi qurdalamalı olduğumuz halda, bu prosseslərdən zərərçəkənlər hələ də mövcuddur.
Belə ki, məlum kriminal qrupun qətlə yetirdiyi Rəna Nasibovanın rəfiqəsi İrina Tarxanova və onun ailəsi ölkədən getmək məcburiyyətində qalmışdır. Artıq onların təzyiq və sıxıntıdan yayındığını bilən hakimiyyət orqanları onun həyat yoldaşı Andrey Terentyevin qardaşı İqor məlumat verib.
İ.Terentyev bildirir ki, o, 2016-2018-ci illərdə hər ay polis idarəsinə çağırılır: “Son iki ildə məni hər ay ən azı bir dəfə polisə çağırırlar və hər dəfə təhqirə və təzyiqə məruz qalıram. Məndən tələb edirlər ki, Andrey Azərbaycana qayıtsın və onu cəzalandırsınlar. Deyirlər ki, əgər Andrey və onun xanımı Azərbaycana geri dönməsə səninlə hesablaşacağıq”.
İqor Terentyev bildirir ki, qardaşına görə sıxıntıda olması heç bir hüquqa və ədalətə sığmır: “Qardaşım hansı əməli törədibsə, buna görə niyə mən cavab verməliyəm. Halbuki, Andreyin bu işdə heç bir günahı yoxdur. Hətta, günahsız yerə qardaşım qanunsuz olaraq iki ay müddətində həbsdə saxlanılıb. Mənim qardaşımın Haci Məmmədov və onun dəstəsinin cinayət əməllərilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, Rəna Nəsibova “Knauf” firmasının ofisində H.Məmmədovun dəstəsinin üzvlərinin əlilə boğularaq qətlə yetirilmişdir.