İqbal Ağazadə və İlqar Məmmədov rəqib oldular

Ümid Partiyasının sədri İqbal Ağazadə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyini irəli sürüb.254696_476813

Bu barədə APA-ya İ. Ağazadə məlumat verib. Partiya sədri İ. Ağazadə bildirib ki, hələlik imza vərəqələri təqdim edilməyib. İmza vərəqələri təqdim edildikdən sonra müvafiq sayda imzalar toplanacaq və namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim olunacaq.
Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsində namizədlərdən biri də REAL hərəkatının sədri, siyasi məhbus həyatı yaşayan İlqar Məmmədov olacaq.