İntiqam Əliyev azad olundu

Bu gün Ali Məhkəmədə Baş prokuror Zakir Qaralovun “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib.

Baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.загружено (32)
Məhkəmə qərarına əsasən, İ.Əliyev 5 il şərti həbs cəzası olmaqla azadlığa buraxılıb.
Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Qərardan narazı qalan İ.Əliyev apelyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Məhkəmə hökmü qüvvəsində saxlanılmışdı.