İnhisarçılığa görə cəzalar sərtləşdi

Aprelin 5-də Azərbaycan parlamenti inhisarçılıq və rəqabətin məhdudlaşdırılmasına qarşı mübarizə ilə bağlı qaydaların təsnifatını genişləndirib. Bununla bağlı Cinayət Məcəlləsinin 199-cu (İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) maddəsinə və «Antiinhisar fəaliyyəti haqqında» qanuna dəyişikliklər edilib.загружено (69)

Təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırması, yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq və digər belə hərəkətlərlə bağlı cəzalar sərtləşdiriləcək. İnhisarçılıq hərəkətləri cinayət nəticəsində vurulmuş ziyanın 2 misli miqdarında cərimə edilməklə, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum etmə və 3 ilə qədər həbslə cəzalandırılacaq.

Qüvvədə olan qanunvericilik inhisarçılığa görə 100 manatdan 500 manata qədər cərimə, 1 il islah işləri və ya 2 il həbs nəzərdə tutur.