İngiltərədə ictimai nəqliyyat vasitələrində artan təcavüz hadisələrinə qarşı qatarlarda bəzi vaqonların təkcə qadınlara təsis edilməsini təklif edilib. Bu təklif isə müxalifət partiyası liderlərindən olan Ceremi Corbyndan gəlib.
İngiltərədə müxalifətdəki İşçi Partiyasının liderlərindənolan Ceremi Corbyn, verdiyi açıqlamada qadınların fikrini alaraq qatarlarda bəzi vaqonların yalnız qadınlar tərəfindən istifadə ediləbiləcəyini deyib.
Məqsədinin qatar platformalarından avtobus dayanacaqlarına və oradan da kütləvi daşıma vasitələrinə qədər nəqliyyatı qadınlar üçün təhlükəsiz hala gətirmək olduğunu ifadə edən Ceremi Corbyna İşçi Partiyasının digər namizədləri olan Yvette Cooper və Harri Burnhamdan etiraz gəldi. Corbyna bir digər etiraz da dəmir yolları üzrə nazir müavini Claire Perryden gəldi. Perri, qadınlara üçün xüsusi vaqon fikrinin ötən Sentyabr ayında müzakirə edildiyini və bir universitet tərəfindən hazırlanan xüsusi məruzədə, ayrı vaqon tətbiqinin “geri bir addım” və həm qadınlar, həm də kişilər üçün alçaldıcı olacağını ortaya qoyduğunu söylədi.
Mətləb BALAKİŞİYEV