İngiltərə ilə İspaniya arasında Cəbəlütariq gərginliyi

1113709_620x410İngiltərə: “Beynəlxalq hüquq tapdandı”

İngiltərə hökuməti, İspan dövlətinə aid gəmilərin xəbərsiz şəkildə Cəbəlütariq sularına girdiyini, beləcə beynəlxalq hüququn pozulduğunu ifadə etdi.
İngiltərə xarici işlər nazirinin müavini Hugo Swire, mövzuya bağlı açıqlamasında, dünən İspan gəmilərinin Cəbəlütariq səlahiyyətlilərinə bildiriş olmadan bir neçə dəfə Cəbəlütariq sularına girdiyinin öyrənildiyini bildirmişdir. Swire, beləcə İspaniyanın beynəlxalq dəniz hüququnu açıqca pozduğunu nəzərə çatdırdı.
Swire, Cəbəlütariq quru sularını pozan İspan dövlətinə aid bir neçə gəminin cinayət işləmə potensialı olan başqa gəmilərin arxasında olduğu sırada Cəbəlütariq sularını pozduğunu ancaq, bu vəziyyətin qətiliklə “qəbul edilə bilməz” olduğunu qeyd etdi. Swire, “Bizlərə xəbər vermədən su sərhədimizə girmək beynəlxalq dəniz hüququ çərçivəsində qeyri-qanunidir. Cəbəlütariqə istiqamətli təkrar edilən pozuntular, açıqca Böyük Britaniya suverenliyinin başqa 6bir Avropa Birliyi ölkəsi tərəfindən pozulduğudur. Fövqəladə bir hal olaraq bu vəziyyətə İspan səlahiyyətlilərinin diqqət yetirməsini tələb edirik ifadələrini nəzərə çatdırdı.
İngiltərə ilə İspaniya arasında müəyyən zamanlarda Cəbəlütariq mövzusunda gərginlik yaşanır. Cəbəlütariq sularındakı gərginlikdən dolayı İspaniyanın London səfiri Federico Trillo, son illərdə bir neçə dəfə xarici işlər nazirliyinə çağırılıb.
Gərginlik, 2013-ci ildə İspan balıqçıların Cəbəlütariq sahillərində balıq tutmasına maneə törədildiyi iddiası ilə başlamışdı. 300 il boyunca İngiltərənin suverenliyində olan Cəbəlütariqdə 30 min adam yaşayır və iqtisadiyyatı, dəniz bankçılığın, internet üzərindən mərc və turizmə söykənir.
İspaniyanın cənubunda olan 6,7 kvadrat kilometrlik quru parçasının kimə aid olduğu İspaniya ilə İngiltərə arasında bəzən müzakirəyə və gərginliyə səbəb olur. İspaniya, 1713 Utrext Sülh müqaviləsi ilə Cəbəlütariq İngiltərəyə vermişdi. 1950-ci illərdə isə İspan General Francisco Franco, Cəbəlütariq İspaniyanın suverenliyində olduğunu bildirmişdi və 13 il boyunca İspaniyanın Cəbəlütariq sərhədini bağlamışdı. 1967 və 2002-ci illərdə edilən iki referendumla Cəbəlütariq xalqına “İngilis suverenliyində qalmaq istəyib istəmədikləri” soruşulmuş və əksəriyyət İngilis suverenliyini seçmişdi.

 

Mətləb BALAKİŞİYEV