Fələstin, Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarında edilən müzakirələrinə zərbə vurur.
Fələstin prezidenti Mahmud Abbasın təlimatıyla Ermənistanın paytaxtı İrəvanda yaxın zamanlarda Fələstin səfirliyi açılacaq.
Mövzuyla əlaqədar Ermənistanda nəşr edilən “Jamanak” qəzeti bir xəbər yayımlayıb.
Qəzetin nəşr etdiyi xəbərdə, Fələstinin milliyətcə erməni olan İngiltərə səfiri Manuel Asasyan “Vostok” nəşrinə verdiyi xüsusi reportajında, Fələstin Dövlət Başçısı Mahmud Abbas Fələstin və Ermənistan arasındakı əlaqələrin daha yaxşı təmin edilməsi istiqamətində özünə xüsusi bir vəzifə verdiyini açıqladığını, diqqətə çatdırdı.
Azərbaycanın 20% torpaqlarını işğal edən Ermənistanla danışıqlar ATƏT-in Misnk Qrupu çərçivəsində davam edir.
Dünya birlikləri tərəfindən Azərbaycan torpaqları olaraq tanınan və Azərbaycan ərazi bütövlüyünü dəstəkləyən dövlətlər və beynəlxalq təşkilatları heçə sayan Fələstin rəhbərliyi daha əvvəl də işğal edilmiş torpaqlarımız ilə əlaqədar açıqlamar etmişdi.
Sosial Paylaşım platformalarında Fələstin Milli Rəhbərliyi Dövlət Başçısı Mahmud Abbasın, “Böyük Ermənistan görmək arzusundayım. İnanıram ki, Ermənistan bu döyüşü zəfərlə bitirib Azərbaycanı tamamilə işğal edəcək “sözləri internet istifadəçiləri tərəfindən paylaşılmaqdadır.
Fələstin Milli Rəhbərliyi ilk Dövlət Başçısı Yasir Ərafat da, “Ermənilər Qarabağda haqlı savaş edir. Onlar da bizim kimi əzilmiş xalqdır. Biz bu döyüşdə Erməni xalqının yanındayıq “şəklində açıqlamalarda edərək bir skandala da, imza atmışdı.
Davamlı Qəzzaya yardım əlini uzadan Azərbaycana qarşı Fələstin rəhbərliyinin göstərdiyi bu mövqeyini anlamaq mümkün deyil.
Mətləb BALAKİŞİYEV