İlqar Məmmədov azadlıqda

REAL Partiyasının sədri İlqar Məmmədov azadlığa çıxıb. O, iki il sınaq müddəti ilə şərti cəza alıb1534094982_1530515865_view_1493202980298-milytakayew

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu iyunun 29-da onun əsasında REAL sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun 7 illik həbsinə dair hökmü qüvvədə saxlayan kassasiya və apellyasiya instansiyalarının qərarları ləğv edilib. İş yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib