İlham İsmayıl: «Bir-iki həftəyə Çovdarovu təcridxanaya köçürməsələr, deməli bu işdə yumuşalma var»

 

İlham İsmayıl: «Bir-iki həftəyə Çovdarovu təcridxanaya köçürməsələr, deməli bu işdə yumuşalma var»

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü загружено (3)Zahid Orucun bir neçə gün öncə MTN-in sabiq rəhbəri Eldar Mahmudov barədə söylədikləri maraq doğurur. Z.Oruc E.Mahmudovun hazırda harda olması ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, keçmiş nazir hazırda ev dustaqlığındadır. Amma Z.Orucun söylədiyi başaqa fikirlər də maraq doğurur. Belə ki, Z.Oruc bildirib ki, E.Mahmudova məlumat ötürənlər mövcuddur: «Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada  ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə, özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif  nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”.

Z.Oruc onu da vurğulayıb ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanması üçün belə bir yol seçilib. «Hər bir halda bu, Eldar Mahmudovun toxunulmazlığından, gücünün olmasından irəli gəlmir”, deyə o, bildirib.

aş verən daha bir maraqlı olay 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla bağlıdır. Məlumata görə, Çovdarovun səhhətində qəfil problem yaranıb və o özünü pis hiss edib. Bununla bağlı Baş Prokurorluğa müraciət edilərək generalın tibbi müayinədən keçirilməsi üçün komissiyanın yaradılmasına icazə istənilib.

Müraciətdən sonra A.Çovdarov həkim komissiyasının vasitəsilə müayinə olunub və ürəyində ciddi problem aşkarlanıb.

Məlumata görə, A.Çovdarov tibbi müayinədən keçiriləndən sonra təcili 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə köçürülüb. Hazırda o, tibb məntəqəsində həkim nəzarətində saxlanılır. A.Çovdarov Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməkdən isə imtina edib.

Bəzi ekspertlərin fikrincə, baş verən «MTN işi» ilə bağlı müyyən yumuşalmanın təzahürüdür.

ilham-ismayil

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın sözlərinə görə, Z.Orucun dediklərinəinanmaq mümkündür. Amma həm də inanmamaq da mümkündür. Çünki bu məlumatları niyə məhz Z.Orucun deməyi sual yaradır: «İstintaq, hüquq-mühafizə orqanları bilirlər ki, «MTN işi» ilə bağlı cəmiyyəti narahat edən kifayət qədər məsələlər var. Amma bu məsələlərlə bağlı cəmiyyəti informasiya ilə təmin etmirlər. Biz demirik ki, onlar istintaq sirrlərini yaysınlar. Cəmiyyət məlumatla təmin edilməyəndə, o zaman Zahid Oruc deyəcək ki, Eldar Mahmudov ev dustağıdır, ona məlumatlar ötürülür və o şifrəli şəkildə müəyyən məlumatlar yerləşdirib. Bu cür vəziyyət yarananda xüsusi xidmət orqanlarının işinə aid açıqlamaları da Zahid Oruc verəcəkdir. O nə deyəcəksə, cəmiyyətin 90 faizi ona inanacaq. Mən bunun günahını hüquq-mühafizə orqanlarında, istintaqda görürəm. Çünki onlar cəmiyyəti narahat edən məsələlərlə bağlı məlumat vermirlər».

E.Mahmudova məlumatların ötürülməsinə, şifrəli məlumatların yerləşdirilməsinə gəlincə isə İ.İsmayıl bildirdi ki, ən müxtəlif yollarla ötürmək olar. Hətta karserdə saxlanılan şəxsə belə, istək olduğu halda məlumatı ötürmək mümkündür.

A.Çovdarovun müalicə müəssisəsinə köçürülməsinin onun xəstəliyi ilə bağlı olduğunu güman edən İ.İsmayıl bildirdi ki, ən aqıt cinayətkar olsa belə, xəstələnəndə o müalicə müssisəsinə göndərilməlidir. «İnanmıram ki, Akif Çovdarovu nəyinsə müqabilində tibb müssisəsinə yerləşdiriblər. Amma o uzun müdət orada qalsa o zaman müəyyən yumuşalmadan söhbət gedə bilər. Sadəcə olaraq yardım göstərib, bir-iki həftəyə geri qaytarılacaqsa o zaman belə çıxacaq ki, o həqiqətən də xəstədir», deyə İ.İsmayıl vurğuladı.

Xəyal