AXCP sədri Əli Kərimli demokratik düşərgəyə qarşı hazırkı repressiya dalğası ilə bağlı feysbuk səhifəsində növbəti açıqlana yayıb və sonda xalqa müraciət edib. Ə.Kərimli yazır:
İlham Əliyev “bizim siyasətimiz ardıcıldır” deyəndə, bəlkə, bunu nəzərdə tuturmuş? 4-cü prezidentlik müddətinin ilk ayında da fəal gənclərlə və Qarabağ qazilərilə mübarizə hökumətin əsas prioriteti olub.
Bir ay ərzində 4 nəfər yüksək təhsilli, fəal gənc və şərəfli döyüş yolu keçmiş 2 Qarabağ qazisi (Hamısı AXCP funksioneri və ya tərəfdarıdır) ağır cinayətlərdə şərlənərək “zərərsizləşdirilib”. Ancaq rejim bununla da kifayətlənməyib, ay ərzində 4 nəfər ReAl üzvünü, 3 nəfər AXCP üzvünü və gənc hüquqşünas Emin Aslanı da inzibati qaydada həbs edib.
Dostlar, rejimlə hər şey aydındır. Onlar xalqımızla mübarizədə həqiqətən də ardıcıldırlar. Bəs bizim xalq olaraq işıqlı gənclərimizə, Vətən üçün can qoymuş Qarabağ qazilərimizə dəstəyimiz ardıcıl olacaqmı?