AXCP sədri Əli Kərimli facebook səhifəsində prezident Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib:
İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib ki, son 6 ayda 78 min daimi iş yeri açılıb. Əvvəlcə çaşıb qaldım, necə yəni 78 min daimi iş yeri açılıb, ancaq xalqın xəbəri olmayıb? Sonra fikirləşdim ki, yəqin İlham Əliyev çaşıb, insanıq, hamının başına gəlir. Yəqin İlham Əliyev demək istəyirmiş ki, Monteneqroda 78 min iş yeri açıblar. Bax, bu inandırıcı ola bilər. 500 milyon avro kurort tikintisi, üstəgəl 175 milyon avro da körpü tikintisi üçün verməyiblər bu ölkəyə? 1 milyard 160 milyon manat pul eləyir. Bu qədər pula yəqin ki, 78 min iş yeri açılar. Yəni bu məlumatda elə də böyük səhv yoxdur. Sadəcə dövlətlərin adı səhv gedib. 78 min iş yeri açılmağına açılıb, ancaq Azərbaycanda yox, Monteneqroda.