İldırım 23 nəfərin həyatına son qoydu

İnsanların çoxu tarlada işləyərkən ölüb.

ildirim

Hindistanın cənubunda 23 nəfər ildırım çaxması nəticəsində ölüb. Bu barədə Deccan Chronicle yerli hakimiyyət orqanına istinadən xəbər verir.

Xebername.info xəbər verir ki, Hindistanın Andxra-Pradeş ştatında leysan yağışlar yağır.

Nəşrin məlumatına əsasən ölənlərin əksəriyyəti tarlada işləyərkən ölən kənd camaatıdır.

Bundan başqa, təbii hadisə qadınlar arasında kriket oyunu matçına da mane olub, belə ki, stadionun yaxınlığındakı ağacı ildırım vurub.

 

Elnur ORUCLU