Avqustun 18-də saxlanılan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbərlə bağlı Bakı Baş Polis İdarəsinin qarşısında çəkiliş aparan jurnalistlər Aytac Əhmədova və İlqar Vəliyev saaxlanılıb.
Bu barədə Turana hazırda Bakı çəhər Baç Polis İdarəsinin qarşısında olan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli bildirib.
“Əvvəlcə jurnalist Aytac Əhmədovanın çəkiliş apardığı mobil telefonunu aldılar, sonra isə həır iki jurnalisti polis avtomobilinə oturdaraq polis bölməsinə apardılar”, o qeyd edib.
Rəsmi qurumlar jurnalistlərin saxlanması ilə bağlı hələ münasibət bildirməyib.