İcra hakimiyyətləri ləğv olunur?

Deputat Əli Məsimli icra hakimiyyətlərinin ləğvi məsələsinə  aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda idarəetmənin keyfiyyətinin yaxşılaşıdırılması üçün radikal addımlar atılmalıdır: “Bu məsələyə münasibət bildirmək bir qədər tezdir. загружено (1)

Ancaq radikal addımlar atılmalıdır. Hesab edirəm ki, birinci növbədə bələdiyyə institutunun yerli icra hakimiyyətləri institutundan önə çıxması istiqamətində zəruri proses başlamalıdır.

Çünki indi yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında münasibətlər sovet dövründəki “Raykom”la “İspalkom”adlanan icrayə komitəsinin münasibətlərindən də çox cılız və səmərəsiz qurulub.

Bir sıra bələdiyyələrin kifayət qədər effektli fəaliyyətini nəzər almaq şərtilə onların statusu və fəaliyyəti genişləndirilə bilər. Bütün dünyada bu sistem özünü doğruldub. Bələdiyyə torpaqlarından istifadə ilə bağlı bir sıra ciddi çatışmamazlıqlar var”.