“Məni işdən çıxarmayıblar, işdəyəm və öz işlərimlə məşğulam”.
Bunu “Report”a Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev deyib.
Şöbə müdiri bildirib ki, işdən çıxarılması ilə bağlı yayılan məlumat yanlışdır: “Qaçqın rayonuq, hər kəsin öz işi var. Məsəlçün bir yanlışlıq olub. Məgər bu yanlışlığa görə cavabdeh ümumi rayon və ya ümumi ölkədi? Adam heç öz doğma balasına cavabdeh ola bilmir. Mənim işdən çıxarılmağımla bağlı məlumatlar da yanlışdı. Nə çıxartmaq? Mən adam öldürüb cinayət törətməmişəm, rüşvət alıb korrupsiyaya bulaşmamışam ki, işdən çıxarsınlar. Əgər yenə də çıxaracaqlarsa dövlətimiz sağ olsun. Mən hər zaman demişəm, əgər etimadı doğrultmamışamsa, bu mənim səhvimdi. O sözü ki, Fizuli deyir, o sözü ki, Fizuli danışır, gerisi yoxdur. Fizuli nə deyibsə, odur. Bu gün də mən burdayam, bu gün də mən işdəyəm və öz işlərimlə məşğulam”.