“İ. Əliyevin bu dəyişiklikləri guya xalqın mənafeyindən ötrü etməsi gülməli səslənir”,

Bəzi qazaxıstanlı ekspertlər hesab edirlər ki, Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum, əslində, “sülalə hakimiyyəti sisteminin qanuniləşdirilməsidir”.images-18

Siyasətçi Amijan Kosanovun sözlərinə görə, neftlə zəngin bütün postsovet respublikalarında olduğu kimi, əhalisi yoxsul Azərbaycanda bu addımların atılması demokratik prosesə uyğun deyil.

“Ancaq Əliyevlər ailəsinin idarə etdiyi Azərbaycanda demokratiya heç olmayıb da. Fərqli düşüncəli müxalif qüvvələr təqiblərə məruz qalır. İlham Əliyevin, nisbətən gənc olmasına baxmayaraq, ehtiyatlı tərpəndiyi nəzərə çarpır. Vəzifəyə atası tərəfindən gətirilmiş İ. Əliyevin bu dəyişiklikləri guya xalqın mənafeyindən ötrü etməsi gülməli səslənir”,

Sultanbek Sultangaliyevin sözlərinə görə, güman ki, bu, postsovet məkanında ilk dəfə hakimiyyətin sülalə daxilində üçüncü nəslə ötürülməsi olacaq.

Azərbaycanı 1993-cü ildən bəri 10 il idarə edən əvvəlki prezident Heydər Əliyev hələ sağ ikən oğlu İlham Əliyevin prezidentliyə namizədliyini təklif edib. Atasından sonra prezident olmuş İlham Əliyev isə 2003-cü ildən bəri artıq üç dəfə prezident seçkilərində qalib gəlib. Azərbaycanın müxalifət qüvvələri bu seçkilərin nəticələrini tanımır.

2006-cı ildən bəri Türkmənistanı idarə edən prezident Gurbanguly Berdymuhamedov da sentyabrın 14-də Konstitusiyaya düzəlişləri imzalayıb. Bu düzəlişlərlə Türkmənistanda prezidentliyə namizədlik üçün 70 yaş senzi qaldırılır və prezidentlik müddəti 5 ildən 7 ilə yüksəldilib.

Qazaxıstanda isə Konstitusiya 2011-ci ildə dəyişdirilib. Bu dəyişiklikdən sonra Nursultan Nazarbayev prezidentliyə namizədliyini qeyri-məhdud sayda irəli sürə bilər.

BMT-nin Baş Katibi Ban Ki-moon bu yaxınlarda qeyd etmişdi ki, “bir çox ölkələrin liderləri hakimiyyətdə qalmaqdan ötrü Konstitusiyanı yenidən yazır, seçki prosesi ilə manipulyasiya edir və başqa …tədbirlərə əl atırlar”.